Ən çox verilən suallar

İcbari tibbi sığorta həmrəylik prinsiplərinə əsaslanan sosial layihədir. Bu layihənin məqsədi səhiyyənin maliyyələşdirilməsini təkmilləşdirmək, habelə əhaliyə etibarlı, keyfiyyətli, səmərəli tibbi xidmətlərin göstərilməsinə zəmanət verəcək universal və dayanıqlı tibbi sığortanı təmin etməkdir.

İcbari tibbi sığorta ilkin olaraq Sədərək rayonunda pilot layihə şəklində həyata keçirilmişdir. Hazırda icbari tibbi sığorta muxtar respublikanın bütün ərazisində tətbiq olunur.

Xidmətlər Zərfi - sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə  göstərilən icbari tibbi sığortanın təminat verdiyi tibbi xidmətlərin toplusudur.  Xidmətlər Zərfinə 3315 sayda tibbi xidmət daxildir. Bu  xidmətlərin 33-ü invaziv radioloji, 43-ü ambulator, 200-ü laborator, 522-si isə stasionar tibbi xidmətlərdir. Yeni xidmətlər sırasına vətər, əzələ, sümük iliyi, böyrək və qaraciyər transplantasiyası əməliyyatları da əlavə olunub.

Xİdmətlər zərfinə aşağıdakı tibbi xidmətlər daxildir :

- ilkin tibbi-sanitariya yardımı

- təcili və təxirəsalınmaz tibbi yardım xidməti

- ixtisaslaşdırılmış ambulator yardım xidmət

- laboratoriya xidməti

- fizioterapiya xidməti

- invaziv radiologiya xidmətləri

- stasionar cərrahi xidmətlər

- stasionar terapevtik xidmətlər

                                       

Bəli, icbari tibbi sığortanın Xidmətlər zərfinə daxil olmayan tibbi xidmətlər üçün tibb müəssisələrinə əlavə ödəniş edilməlidir.

Xidmətlər Zərfinə daxil olan dərmanlar:

- Təcili və təxirəsalınmaz tibbi yardım zamanı istifadə olunan dərman vasitələri 

- Stasionarda istifadə olunan dərman və tibbi sərf, xüsusi tibbi sərf (koxlear implant sistemi (implant (daxili cihaz), nitq prosessoru (üst cihaz)), endoprotez, stent, setka və digər), gündəlik qidalanma 

- Ambulator şəraitdə tibb müəssisəsində vətəndaşa göstərilən bir sıra tibbi xidmətlərdə istifadə edilən anesteziya xidməti, dərman təminatı və tibbi sərf

 

* Ambulator müalicə üçün həkim resepti əsasında təyin olunan dərman vasitələri təminata daxil deyil.

İcbari tibbi sığorta haqqı Tibbi Sığorta haqqında Azərbaycan Respublikasının qanunu ilə müəyyən olunmuş əsaslarla 1 yanvar 2021-ci il tarixdən toplanılmasına başlanılmışdır.